63 yaşlı həkim ürəktutmadan vəfat etdi - FOTO

  • 2025.12.26 11:42
  • 604 Baxış
63 yaşlı həkim ürəktutmadan vəfat etdi -  FOTO

Anestezioloq - reanimatoloq Şükürov Elbrus Allahverdi oğlu dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, 63 yaşlı həkim dünən axşam saatlarında ürəktutmadan vəfat edib.

Qeyd edək ki, E.Şükürov 1980-1986-cı illərdə Azərbaycan Tibb Üniversitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

1986-1987-ci illərdə Təcili Tibbi Yardım xəstəxanasında aesteziologiya-reanimatologiya üzrə internatura keçib.

1987-1991-ci illərdə Əli-Bayramlı Mərkəzi Xəstəxanasında anestezioloq vəzifəsində çalışmışıb.

1991-ci ildən Milli Onkologiya Mərkəzinin Anesteziologiya şöbəsində anestezioloq vəzifəsində işləyib.

Allah rəhmət eləsin!

Aygün
Medicina.az