23 yaşlı hindistanlı kişilərlə tanış olub, evlənib, toydan sonra qaçan dələduz gəlin həbs olunub.
"Medicina" xəbər verir ki, 25 kişi ilə evlənərək onları qarət edən 23 yaşlı Anuradha Pasvanının törətdikləri ölkədə sensasiya olub.
Nəşrin məlumatına görə, "evlilik fırıldaqçısı" bəyləri aldatmaq və toydan qısa müddət sonra onların qiymətli əşyalarını oğurlamaq məqsədilə mürəkkəb saxtakarlıq sxemi qurmaqda ittiham olunur.
Toydan sonra bir neçə gün heç kimi şübhələndirmədən ərinin yanında qalır, daha sonra isə gecə saatlarında qızıl-zinət əşyaları, pul və elektronikaları götürərək evdən qaçırdı.
Zərərçəkənlərin 7-dən çox olacağı güman edilir.
Aygün Musayeva