Aclıq və iştahanı ayırd etmək sağlam qidalanma və çəkiyə nəzarətin açarıdır.
“Medicina” xəbər verir ki, dietoloq Viktoriya Qovoruşko bu barədə danışıb.
O, kiçik uşaqları nümunə gətirdi: əgər onlar acdırlarsa, onlara su vermək işə yaramayacaq. Lakin o əlavə etdi ki, yaşlandıqca insanlar nahardan sonra konfet yeməyə öyrəşirlər.
"Aclıq doyurucu yeməyi seçir. Məsələn, qarşınızda bir parça şokolad və bir boşqab yemək varsa, ikincisini seçəcəksiniz. İştaha isə peçenyeyə də maraq göstərir", - deyə Qovoruşko qeyd etdi.
O, həmişə özünü dinləməyi və özünüzdən həqiqətən ac olduğunuzu, yoxsa sadəcə "şirin" istəyib-istəmədiyinizi soruşmağı məsləhət gördü.
Aygün Musayeva