Ağ Şəhər Bulvarında dənizə düşən qız xilas edildi – VİDEO

  • 2025.12.08 10:47
  • 62 Baxış
Ağ Şəhər Bulvarında dənizə düşən qız xilas edildi –  VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Medicina.az xəbər verir ki, FHN-dən məlumatına görə, dərhal hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.