Bu tərəvəz xərçəng hüceyrələrini zəiflədir...
Onkologiyada ən çox rast gəlinən beş xərçəng növü döş, ağciyər, yoğun bağırsaq (kolon), prostat və dəri xərçəngidir. Proqnozlara görə, bu gün doğulan hər ikinci insan həyatı boyu xərçəng xəstəliyinə tutulma riski daşıyır. Lakin bu riskləri azaltmağın əlçatan və təsirli yolları da var.
“Medicina.az” xəbər verir ki, bu üsullardan biri düzgün və balanslaşdırılmış qidalanmadır. Meyvə və tərəvəzlərin daxil olduğu ağıllı pəhriz dəyişiklikləri, bəzi dərmanlar kimi qoruyucu təsir göstərir. Araşdırmalar sübut edir ki, bəzi tərəvəzlər bu xüsusiyyəti ilə digərlərindən daha güclüdür.
Tədqiqatlara əsasən, vəzəri belə qidalardan biridir. Onun tərkibindəki izotiyosiyanatlar adlı fitokimyəvi maddələr sağlam hüceyrələri zədələnmədən qoruyur, eyni zamanda şişin böyüməsinə mane olur.
Vəzəridəki aktiv birləşmələrin bəzilərinin xərçəng törədə biləcək maddələrin təsirini azaltdığı müəyyən edilib.
Bir araşdırmada Brassicaceae (kələmkimilər) ailəsinə aid olan vəzəri ekstraktı hüceyrə çoxalması, kimyəvi müqavimət, metastaz və şiş hüceyrələrinin yayılmasına qarşı təsirli olub. Ekstrakt, xüsusilə də xərçəng kök hüceyrələrini (CSC) və dövran edən şiş hüceyrələrini hədəf almaqda güclü təsir göstərib.
Ümumilikdə, vəzərinin tərkibindəki təbii maddələrin ağciyər, prostat və dəri xərçəngi riskini azaltmağa kömək etdiyi elmi şəkildə sübut olunub.
Aygün Musayeva
Medicina.az