Alimlər beyində psixozun erkən əlamətini tapdı

  • 2025.12.12 11:28
  • 85 Baxış
Alimlər beyində psixozun erkən əlamətini tapdı

Erkən psixoz uzaq beyin bölgələri arasındakı əlaqələri pozur.


“Medicina” xəbər verir ki, Sinqapur Milli Universitetinin alimləri klinik cəhətdən yüksək psixoz riski olan gənclərin beyin şəbəkələrinin sağlam fərdlərə nisbətən daha az səmərəli işlədiyini aşkar ediblər.


Tədqiqat beynəlxalq ENIGMA-CHR işçi qrupunun məlumatlarına əsaslanaraq Sinqapur da daxil olmaqla 31 mərkəzdən 9,5 ilə 39,9 yaş arasında 3000-dən çox iştirakçını əhatə etmişdir.

Bundan əlavə, risk qrupundakı gənclərin sağlamlıq məlumatlarından istifadə edilmişdir. Tədqiqatçıların məqsədi proqnozlaşdıran spesifik klinik, idrak və bioloji əlamətləri müəyyən etmək idi.

Aygün Musayeva