Finlandiyanın Turku Universitetinin alimləri Alzheimer xəstəliyinin bioloji əlamətlərinin klinik simptomlar ortaya çıxmazdan uzun illər əvvəl qanda müəyyən edilə biləcəyini açıqlayıblar.
Medicina.az xəbər verir ki, araşdırmada 41–56 yaş aralığında 2051 nəfərin qan nümunələri təhlil olunub.
Nəticələr göstərib ki, Alzheimerlə əlaqəli biomarkerlərdə baş verən dəyişikliklər yaddaş pozğunluğu və digər əlamətlər yaranmazdan təxminən 20 il əvvəl müşahidə oluna bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, bu biomarkerlərin müəyyən edilməsi gələcəkdə xəstəliyin erkən aşkarlanmasına kömək edə bilər. Bununla belə, onlar vurğulayıblar ki, qan analizinin nəticələri təkbaşına Alzheimer diaqnozu qoymaq üçün kifayət deyil. Yaş, böyrək funksiyası kimi amillər biomarker səviyyələrinə təsir göstərə bilər.
Alimlərin fikrincə, qan testləri Alzheimerin erkən diaqnostikası üçün perspektivli vasitə olsa da, bu üsulun geniş tətbiqi üçün əlavə klinik araşdırmalara ehtiyac var.
Xanım,
Medcina.az