Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər

  • 13 Dek 2019 19:04
  • 2536 Baxış
Anestezioloqun səhvi ucbatından qadını ayıq ikən əməliyyat etdilər

30 yaşlı qadın ginekoloji əməliyyat keçirdikdən sonra xəstəxana və həkimləri məhkəməyə verib. O, iddia edir ki, anesteziya zəif olduğundan, cərrahın onun qarnını necə kəsməsini aydın hiss edib.


Medicina.az xəbər verir ki, Britaniya sakini ümumi narkoz altında əməliyyata girəcəyini güman edib. Əslində normalara görə də o ümumi narkoz almalıydı. Lakin anestezioloq səhvən spinal iynə vuraraq, qadının yalnız beldən aşağı nahiyyəsini keyləşdirib. Nəticədə xəstə oyaq olaraq, hər şeyi hiss edib. Cərrah isə skalpellə kəsiyi keyləşmiş nahiyədən bir qədər yuxarı edib və qadın dəhşətli ağrılar keçirib.


O, ayaqlarını tərpədə bilməyib, ağzında oksigen maskası olduğu üçün səsini də eşitdirə bilməyib.
Panikadan xəstənin təzyiqi qalxıb, monitorda bunu gördükdən sonra anestezioloq və həkim xəstənin ayıq olduğunu anlayıb. Lakin əməliyyat saxlanılmayıb və elə bu halda da sona çatdırılıb.

Əməliyyat sonrası kəskin stress yaşayan qadın yuxusunun pozulduğunu, eləcə də kabuslar gördüyünü və psixikasının zərbə aldığını bildirir.


Klinikada səhvlərini etiraf edib, pasiyentdən üzr istəyiblər. Həkimlər bildirib ki, spinal anesteziya olduğu üçün xəstənin həyatı ciddi təhlükə altında olmayıb, sadəcə o, çox həssasdır.