Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ani burun qanamaları nəyi göstərir? - Ən çox rast gəlinən səbəblər

  • 2025.06.19 08:59
  • 103 Baxış
Ani burun qanamaları nəyi göstərir? -  Ən çox rast gəlinən səbəblər

Heç bir səbəb olmadan baş verən burun qanamaları sadə bir problem kimi görünsə də, altında yatan səbəblər ciddi ola bilər.

Medicina.az xəbər verir ki, birdən başlayan və səbəbi bilinməyən burun qanamaları bir çox insanın zaman-zaman qarşılaşdığı bir sağlamlıq problemidir.

Burun qanaxmaları adətən əhəmiyyətsiz görünsə də, əsas səbəbləri nəzərə almaq lazımdır.

Hər hansı bir travma, zərbə kimi fiziki müdaxilə olmadan meydana gələn qanaxma diqqətlə qiymətləndirilməlidir.

Daha çox isti havalarda və ya quru mühitlərdə rast gəlinsə də, səbəbsiz burun qanamaları da ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.



Ani burun qanamasının əsas səbəbləri bunlardır:

Quru hava

Xüsusilə qış aylarında qızdırılan mühitlər burun içindəki toxumaların qurumasına səbəb ola bilər. Bu, burun içindəki damarların partlamasına və qanaxmaya səbəb olur.

Yüksək qan təzyiqi

Hipertansiyon burun damarlarında təzyiqə səbəb olaraq qanaxmaya səbəb ola bilər.

Allergiya və infeksiyalar

Allergik rinit və ya qrip kimi tənəffüs yollarının infeksiyaları burun mukozasını qıcıqlandıraraq qanaxmaya səbəb ola bilər.

Burun spreyinin istifadəsi

Həddindən artıq burun spreyi istifadəsi də burundakı damarların zədələnməsinə səbəb ola bilər.

Vitamin çatışmazlığı və qan xəstəlikləri

Xüsusilə K və C vitamini çatışmazlığı qanın laxtalanmasına təsir edə bilər və qanaxma riskini artıra bilər. Lösemi kimi bəzi qan xəstəlikləri də burun qanamasına səbəb ola bilər.

Travmatik olmayan şişlər

Nadir olsa da, burunda xoş və ya bədxassəli kütlələr burun qanamasına səbəb ola bilər.

Burun qanaxmaları tez-tez, uzun müddət davam edirsə və ya başgicəllənmə, halsızlıq kimi əlamətlərlə müşayiət olunursa, mütləq qulaq-burun-boğaz mütəxəssisinə müraciət edilməlidir.

Həmçinin yüksək təzyiqi olan xəstələrin belə qanaxmalara qarşı diqqətli olması tövsiyə olunur.

Aygün
Medicina.az