Arıqlama dərmanları kor edə bilər - Xəbərdarlıq

  • 2025.11.18 08:55
  • 181 Baxış
Arıqlama dərmanları kor edə bilər -  Xəbərdarlıq

Mütəxəssislər son zamanlar populyarlaşan yeni nəsil arıqlama dərmanlarına qarşı xəbərdarlıq edirlər.



Medicina.az xəbər verir ki, milyonlarla insanın arıqlamaq ümidi ilə istifadə etdiyi bu dərmanların nadir hallarda daimi görmə itkisinə səbəb ola biləcəyi bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, arıqlamaq naminə göz sağlamlığı təhlükəyə atılmamalıdır. Bu dərmanları istifadə edən xəstələrin görmə sinirinin zədələnməsi riski səbəbindən müalicəyə başlamazdan əvvəl həmişə oftalmoloq tərəfindən müayinədən keçmələri lazımdır.



Diabetin müalicəsi üçün hazırlanmış və arıqlamağı təşviq etdiyi üçün geniş istifadə edilən GLP-1 reseptor agonistlərinin bəzi xəstələrdə göz yan təsirlərinə səbəb ola biləcəyi bildirilib.

Bu dərmanlarla əlaqəli ən əhəmiyyətli yan təsirin görmə sinirində qidalanmanın pozulması nəticəsində yaranan işemik optik neyropatiya olduğu qeyd edilir.

Diabet və ya piylənmə olan şəxslərin bu dərmanları istifadə etməzdən əvvəl göz müayinəsindən keçməsi tövsiyə olunur.



Həmçinin, qan şəkərinin kəskin düşməsi mövcud göz xəstəliklərini daha da pisləşdirə bilər.

Qan şəkərinin kəskin düşməsi diabetik retinopatiyası olan xəstələrdə xüsusilə təhlükəli ola bilər.

Bəzi xəstələrdə görmə sinirində mayenin yığılması görmənin azalmasına səbəb ola bilər.

Bu halda, göz içi inyeksiya müalicəsi tələb olunur.

Aygün
Medicina.az