İsti yay günlərində həm yüngül, həm də qidalı yemək axtaranlar üçün sobada yumurtalı avokado yaxşı seçim ola bilər.
Mədicina.az resepti təqdim edir:
Resept üçün 2 iri avokado, 4 kiçik yumurta, 3 dilim kənd çörəyi, göy soğan və ya şives, qırmızı soğan, yarım laym, duz, istiot və bir neçə çəhrayı bibər dənəsi lazımdır.
Avokadolar iki yerə bölünür, çəyirdəyi çıxarılır və ortasındakı boşluq bir qədər genişləndirilir. İçərisinə yumurta qırılır və 200°C-də təxminən 15 dəqiqə bişirilir. Sarısının axıcı qalmasını istəyənlər bişirməni 12-ci dəqiqədən etibarən yoxlamalıdır.
Avokadonun çıxarılan iç hissəsi əzilərək soğan, göyərti, limon suyu, duz və istiotla qarışdırılır. Bu qarışıq çörəyin üzərinə çəkilir və çörək zolaqlara bölünərək yumurta sarısına batırılır.
Top Santé-nin məlumatına görə, avokado doymamış yağlar, lif və kalium, yumurta isə zülal, B12 vitamini və xolin mənbəyidir. Bu səbəbdən kombinasiya həm doyurucu, həm də qidalı qəlyanaltı və ya giriş yeməyi ola bilər.
Xanım,
Medicina.az