Axşam saat 10-dan sonra yeyənləri - nə gözləyir?

  • 2026.04.30 17:51
  • 195 Baxış
Axşam saat 10-dan sonra yeyənləri  - nə gözləyir?


Gün ərzində nə yediyimiz qədər, nə vaxt yediyimiz də vacibdir.
Son illərdə aparılan araşdırmalar göstərir ki, gec saatlarda yemək bədənin daxili ritmlərini poza bilər.

Bəs axşam 10-dan sonra yemək həqiqətən zərərlidirmi?

Medicina.az xəbər verir ki, insan orqanizmi gecə və gündüzə uyğun işləyən daxili sistemə malikdir.

Bu sistem bioloji ritm adlanır.

Bu ritmə görə:
gündüz enerji sərfi yüksəkdir
gecə → bədən bərpa rejiminə keçir.

Axşam 10-dan sonra yemək zamanı bədəndə nə dəyişir?

1.Maddələr mübadiləsi yavaşlayır

Gecə saatlarında:
enerji sərfi azalır
yediyin qidalar daha gec həzm olunur.
Bu isə yağ yığılmasını asanlaşdıra bilər.

2. Qan şəkəri daha gec normallaşır

Axşam gec saatlarda:
insulin reaksiyası zəifləyir
şəkər daha uzun müddət yüksək qala bilər.
Bu vəziyyət uzun müddətdə 2 Diabet riskini artıra bilər

3. Çəki artımı riski yüksəlir

Eyni kalori:

gündüz yeyildikdə daha tez istifadə olunur
gecə isə daha çox yığılır.

bu səbəbdən gecə yeməyi çəkiyə təsir edə bilər.

4. Yuxu keyfiyyəti pozulur

Ağır yeməkdən sonra:
bədən həzmə fokuslanır
yuxu dərin olmur
Nəticə:
səhər yorğunluq
başda dumanlanma olur

5. Hormon balansı dəyişir
Gecə yeməyi:
“aclıq hormonu”nu artıra bilər
toxluq hissini azalda bilər.

Yatmazdan 2–3 saat əvvəl yeməyi bitir
Bu, həzmi rahatlaşdırır
Gec acsan:
az miqdarda yüngül qida seç
tam ac yatmaq da düzgün deyil

Aygün Musayeva