Təbii özünə qulluq üsulları son illərdə getdikcə populyarlaşır.
Xüsusilə ev şəraitində tətbiqi asan dəriyə qulluq məhlullarına həm büdcəyə uyğun, həm də kimyəvi tərkibli olmadığı üçün üstünlük verilir.
Bu üsullardan biri də son vaxtlar diqqət çəkən turş mayanı ayağa sürtməkdir.
Medicina.az xəbər verir ki, turş maya un, su və təbii fermentasiyadan hazırlanmış canlı qarışıqdır. Tərkibindəki probiyotiklər, laktik turşu və təbii fermentlər sayəsində dəriyə müsbət təsir göstərə bilir.
Dabanlarra turş maya sürtməyin təsirləri...
Mayada olan təbii turşular xüsusilə daban və ayaq diblərindəki ölü dərini yumşaldır. Bu, ayaqların daha hamar olmasına kömək edir.
Ayaq qoxusuna tez-tez tərlə birlikdə əmələ gələn bakteriyalar səbəb olur. Turş mayanın tərkibindəki laktik turşu təbii olaraq bu bakteriyaları tarazlaya və ayaq qoxusunu azalda bilər.
Dəriyə uyğun quruluşu sayəsində turş mayası ayaqlarda nəm tarazlığını qorumağa kömək edir. Xüsusilə çatlamış dabanlar üçün sakitləşdiricidir.
Ayaqlarda göbələk infeksiyalarının qarşısını almağa kömək edə bilər.
Aygün
Medicina.az