Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

  • 2026.09.10 15:29
  • 124 Baxış
Ayaqlarda gizildəmə, yanmanın səbəbləri


Ayaqlarda yanma hissi üçün müxtəlif səbəblər var.

Medicina.az xəbər verir ki. həmin səbəblərdən ən çox müşhidə etdiklərimiz bunlardır:

Sinir zədələnməsi (Neyropatiya)

Vitamin çatışmazlığı
Həddindən artıq spirt istehlakı
İnfeksiyalar
Tiroid problemləri
Dərmanların yan təsirləri
Qan dövrünının pozulması

Sinir zədələnməsi (Neyropatiya).

Periferik neyropatiya adlanan bu vəziyyət sinirlərin zədələnməsi nəticəsində baş verir. Xüsusilə diabet xəstələrində görülən sinir zədələnməsi ayaqda yanma hissinin ən çox görülən səbəblərindən biridir.


Diabetik neyropatiya kimi də tanınan diabet xəstəliyindəki sinir zədələnməsinə erkən diaqnoz qoyulmasa və nəzarət altına alınmazsa, qalıcı sinir zədələnməsi riskinə gətirib çıxarır.

Vitamin çatışmazlığı.

B vitaminləri, əsas da B12 vitamini çatışmazlığı sinir sağlamlığı üçün vacibdir. Bu vitaminin çatışmazlığı sinirlərin zədələnməsinə səbəb olmaqla ayaqda sözü gedən narahatlığı yaradır.

Həddindən artıq spirt qəbulu.

Uzun müddət həddindən artıq spirtli içki qəbul etmək sinirlərin zədələnməsinə səbəb olaraq spirtli neyropatiya yaradır. Bu vəziyyət xüsusilə ayaq nahiyəsində yanma və uyuşma kimi əlamətlərlə özünü göstərir.

İnfeksiyalar.

Ayaqların göbələk infeksiyaları və ya sinirlərə təsir edən viral infeksiyalar yanma hissi yaradır.

Tiroid problemləri

Hipotiroidizm kimi qalxanabənzər vəz problemləri ayaqda iltihab yaradır və sinirlərə zərər verərək yanma hissini meydana gətirir.

Dərmanların yan təsirləri

Bəzi kimyaterapiya dərmanları, antibiotiklər və HİV-in müalicəsində istifadə edilən dərmanlar sinirlərin zədələnməsinə səbəb olmaqla ayaqlarda yanma hissi yaradır.
Qan dövrünının pozulması. Qan dövranı sistemindəki problemlər ayaqlara kifayət qədər qan axınının olmaması nəticəsində müxtəlif simptomlarla özünü göstərir ki, bunlardan biri də yanmadır. Ən çox periferik arteriya xəstəliyi və varikoz damarları qanın normal dövranına mane olmaqla ayaqda şişlik, soyuqluq, yanma, qıcıqlanma hissi yaradır.


Ayaqlarda yanmanın əlavə simptomları nələrdir?

Bu vəziyyət özünü müxtəlif simptomlarla özünü göstərir. Onun simptomları səbəbindən asılı olaraq dəyişsə də, ümumi simptomları bunlardır:

İstilik hissi.

Ən çox görülən əlamət ayaqların normalda olduğundan daha isti olmasıdır. İstilik ayağın alt hissəsindən başlayır və bütün ayağa yayılır.

Qıcıqlanma. Sinirdə olan problem səbəbilə olan yanma varsa, onunla birlikdə ayaqda qıcıqlanma da olur.

Uyuşma

Sinir düzgün işləmədikdə yanma ilə birlikdə uyuşma, ayağın keyiməsi olur.

Sancma hissi. Gecə saatlarında yatarkən ayaqlarda sancma hissi yaşanır. Bunun da səbəbi sinirə bağlı problemlərdir.

Ağrı


Bəzi hallarda yanma hissi ilə birlikdə ayaqlarda yüngül və ya şiddətli ağrı meydana gəlir.

Artan həssaslıq

Yanma zamanı ayaqlar normaldan daha çox toxunmağa həssas olurlar. Bu zamanda hətta yüngül təmas xoşagəlməz yanma və ya sancma hissini daha da artırır.


Aygün Musayeva