Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab

  • 2026.08.13 23:40
  • 273 Baxış
 Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? -  Pediatrdan cavab

Uzman pediatr Züleyxa Ziyadova uşaqların ayaqyalın gəzməsi ilə bağlı məsləhətlər verib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, ayaqyalın gəzməyin böyrək xəstəlikləri yaratdığına dair elmi sübut yoxdur:

"Böyrək xəstəlikləri daha çox
• Sidik yolları infeksiyaları,
• Sidik axınının pozulması,
• Anadangəlmə sidik sistemi problemləri,
• Bəzi hallarda genetik səbəblərlə əlaqədardır.

Böyrək sağlamlığını qorumaq üçün uşağın kifayət qədər maye qəbul etməsi, sidiyi uzun müddət saxlamaması, şəxsi gigiyenaya əməl etməsi və sidik yolları infeksiyalarının vaxtında müalicə olunması vacibdir".

Aygün
Medicina.az