3 yaşlı uşağı it dişlədi

  • 2024.06.01 18:00
  • 513 Baxış
3 yaşlı uşağı it dişlədi

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

"Medicina" xəbər verir ki, hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib. 2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.