Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tərləmə botoksu nədir?

  • 2025.05.09 09:24
  • 85 Baxış
Tərləmə botoksu nədir?

Tərləmə botoksu xüsusilə yay aylarında tər vəzilərini müvəqqəti dayandıraraq həyat keyfiyyətini yaxşılaşdırır.

Medicina.az xəbər verir ki, hiperhidroz olaraq bilinən həddindən artıq tərləmə, xüsusilə yay aylarında həm fiziki, həm də sosial narahatlığa səbəb ola bilər. Tərləmə botoksu son illərdə bu problemə qarşı ən çox seçilən, rahat və təsirli üsullardan birinə çevrilib.

Tərləmə botoksu əslində məşhur botulinum toksinini tər vəzilərinə tətbiq etməklə həyata keçirilir. Xüsusilə qoltuqaltı, ovuc içi və ayaq altı kimi bölgələrdə sıx tərləmə yaşayan insanlara tətbiq edilir. Botox müvəqqəti olaraq tər vəzilərinə sinir impulslarını bloklayır. Beləliklə, tər müvəqqəti olaraq dayandırılır.

– Tez nəticə: Tətbiq edildikdən sonra adətən 3-7 gün ərzində təsirini göstərir.
– Rahat həyat: Gündəlik həyatda yaranan tər ləkələri, pis qoxu və yaş hissi yox olur.
– Təhlükəsiz və ağrısız: Tətbiq qısa müddətdə tamamlanır və lokal anestezik kremlərlə ağrı minimum səviyyədədir.
– Tək seansla uzunmüddətli təsir: Adətən 6 aya qədər təsirli olur. Yaydan əvvəl edilən tətbiqlər mövsüm boyu rahatlıq təmin edir.

Tərləmə botoksu insanın həyat keyfiyyətini həm estetik, həm də tibbi cəhətdən yaxşılaşdıran təhlükəsiz bir üsul olaraq önə çıxır. Ancaq unudulmamalıdır ki, tətbiq bu sahədə təcrübəli bir həkim tərəfindən edilməlidir.

Aygün
Medicina.az