Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Roşal Uşaq Klinik Mərkəzinin həkimləri unikal klinik hadisə ilə üz-üzə qalıblar.
“Medicina” xəbər verir ki, 14 yaşlı məktəbli qızın mədəsindən dəmir yad cisim çıxarılıb.
Belə ki, qız əvvəlcə alma parçasından boğulduğunu görüb, onu çıxarda bilmədiyi üçün qaşıqla mədəsinə itələməyə çalışıb.
Nəticədə qaşıq sürüşüb.
Xəstə qarın boşluğunun orqanlarının ümumi rentgenoqrafiyasından keçib. Görüntü mədənin proyeksiyasında yad cismi aydın şəkildə göstərdi.
“Əməliyyat zamanı xəstənin qida borusunu və mədəsini videoskopdan istifadə edərək müayinə etdik – 15 santimetrlik qaşıq boşluqda dayanırdı: nazik hissəsi mədənin divarına söykənirdi, eni isə onikibarmaq bağırsağın qabığına gedirdi” - endoskopist Daria Stepanenko bildirib.
Əməliyyat təxminən bir saat davam etdi. Ancaq hər şey yaxşı başa çatdı: həkimlər qızın sağlamlığı üçün heç bir nəticə vermədən qaşığı götürdülər. İndi o, artıq evdədir.
Aygün Musayeva