Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəriniz vaxtından əvvəl qocalırsa bu vərdişlərə diqqət edin

  • 2025.05.09 10:11
  • 215 Baxış
Dəriniz vaxtından əvvəl qocalırsa  bu vərdişlərə diqqət edin

Fərqinə varmadan etdiyiniz bəzi gündəlik vərdişlər dərinizin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, dərinin sağlamlığı həm estetika, həm də ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.

Bəzi gündəlik vərdişlər dərinin sürətlə qocalmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, həyat tərzi seçimləri, eləcə də ətraf mühit faktorları dərinin qocalma prosesinə birbaşa təsir göstərir.

Ən çox görülən səhvlərdən biri günəş kremindən istifadə etməməkdir. Günəşin zərərli ultrabənövşəyi şüaları kollagen strukturunu pozaraq dəridə qırışlara, ləkələrə və sallanmalara səbəb olar. Bu səbəblə, günəşli və ya buludlu havalarda dörd fəsildə müntəzəm olaraq yüksək faktorlu günəş kremindən istifadə etmək lazımdır.

Suyun az qəbulu da dərinin qurumasına, solğunlaşmasına və elastikliyini itirməsinə səbəb ola bilər. Su dərinin təbii nəm balansını qoruyur, daha parlaq və sağlam görünüş təmin edir.

Eyni şəkildə, pozulmuş yuxu rejimi dərinin bərpası prosesini maneə törədər və gözlər altında qara dairələr, solğun dəri tonu yaradar.

Siqaret çəkmək və həddindən artıq kofein qəbulu dəridə qan dövranına mənfi təsir edir, oksigenləşməni azaldır. Bu, dərinin solğun və yorğun görünməsinə, incə xəttlərin sürətlə əmələ gəlməsinə səbəb olur.

Bundan əlavə, yüksək şəkərli yemək vərdişləri bədəndə qlikasiya prosesini artırar, dəri toxumasının pisləşməsinə səbəb olar. Qlikasiya kollageni zəiflədir və qocalma əlamətlərini sürətləndirir.

Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün sağlam qidalanma, nizamlı yuxu, stressə nəzarət və düzgün dəriyə qulluq vərdişlərini həyatın bir hissəsinə çevirmək lazımdır.

Unudulmamalıdır ki, müntəzəm yaşayış vərdişləri gənc və sağlam dəri üçün ən təsirli kosmetik vasitələrdir.

Aygün
Medicina.az