Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər siqaretin koqnitiv funksiyalara təsiri barədə xəbərdarlıq etdilər

  • 2024.07.09 19:57
  • 842 Baxış
Alimlər siqaretin koqnitiv funksiyalara təsiri barədə  xəbərdarlıq etdilər
Siqaretin nitq, yaddaş, diqqət və təxəyyül kimi koqnitiv qabiliyyətlərin pisləşməsinə digər amillərlə müqayisədə daha güclü təsiri var.

Medicina.az xəbər verir ki, bunu avropalı alimlər genişmiqyaslı tədqiqat zamanı aşkar ediblər.

Alimlər 10 il ərzində bir qrup insanın həyat tərzini, siqaret və alkoqol vərdişlərini, fiziki aktivlik səviyyəsini və sosial təmaslarını izləyiblər.

Bundan əlavə, həmin insanlar idrak qabiliyyətlərindəki dəyişiklikləri izləməyə imkan verən test və sorğularda iştirak ediblər.

Endokrinoloq Zuxra Pavlova “Telegram” kanalında yazıb ki, nəticələr təəccübləndirməyib:

“Tədqiqat dövründə siqaret çəkənlərin, çəkməyənlərə nisbətən idrak funksiyalarında 85% daha çox azalma müşahidə edilib”.

O xatırladıb ki, insan nə qədər çox siqaret çəkirsə, beyninin həcmi də bir o qədər kiçik olur.

“Ancaq bir istisna var. Siqaret çəkən şəxs spirtli içkilərdən sui-istifadə etmirdisə, idmanla məşğul olurdusa, çox ictimailəşirdisə, onun koqnitiv funksiyaları siqaret çəkməyənlərinkinə bənzəyirdi”, - deyə həkim qeyd edib.


Aysel