Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayının parçaladığı kişi əməliyyat olundu

  • 2025.05.07 19:15
  • 139 Baxış
Ayının parçaladığı kişi əməliyyat olundu


Başqırdıstanda ayı hücumundan sonra yaralanan kişi altı saatdan çox əməliyyat olunub.


“Medicina” xəbər verir ki, 70 yaşlı Başqırdıstan sakininə yardım göstərməkdə davam edir.

Kişi çoxsaylı sınıqlar və kəsiklər alıb. Mütəxəssislər artıq zərərçəkmişi əməliyyat ediblər. Kişinin vəziyyəti ağır olaraq qalır və o, hazırda süni nəfəs aparatına qoşulub.


Hadisə Abzelilovski rayonunun Şaripovo kəndi yaxınlığında baş verib. Yırtıcı yerli sakinə ovda olarkən hücum edib. Heyvanın aqressiv davranışına nəyin səbəb olduğu açıqlanmır. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Moskva vilayətində də baş verib, bir nəfər maral buynuzlarını toplamağa gedib, lakin ayı hücumuna məruz qalıb.

Nəticədə o, ağır vəziyyətdə helikopterlə aparılıb.


Aygün Musayeva