İştahsız və yorğun olanlar - bu orqanları yoxlatsın

  • 2024.05.02 18:41
  • 790 Baxış
İştahsız və yorğun olanlar  - bu orqanları yoxlatsın
İştahın kəsilməsi, daimi yorğunluq böyrək xəstəliklərinin əlaməti ola bilər.


“Medicina” xəbər verir ki, nefroloq Yelena Parabinanın sözlərinə görə, böyrəklər lal orqan hesab edilir.


“İnsan orda ağrı hiss etməyə bilər. Əlamətlər olur, amma böyrəklərindən şübhələnmir.

Amma səbəbsiz zəiflik, yorğunluq, baş hərlənmə, gərginlik, iştahsızlıq böyrəklərdən ola bilər.

Bu birbaşa böyrəklərin zədələnməsi deyil, yəni orqanizm toksinlərlə o qədər doludur ki, böyrəklər filtrasiya edə bilmir.

Orqanizm getdikcə zəhərlənir. Xəstə yalnız ağrı olanda, sidikdə dəyişiklik olanda həkimə gedir.

Kəskin böyrək patologiyaları hansılardır:

- Sidik sistemi daş xəstəliyi
- Pielonefrit
- Hemorragik qızdırma
- Kreatinin yüksəlməsi

Böyrəklərin funksiyasını yoxlamaq üçün nə lazımdır:

- USM
- Sidiyin analizi
- Qan analizi
- Sidik turşusu
- Kreatinin


Kreatinin yüksəlməsinin səbəbi qidada ət, zülal, duzun çox olmasıdır”.

Aygün Musayeva