Qəzzada oksigen çatışmazlığı kritik həddə - Vəziyyət çətinləşir - FOTO

  • 2024.07.04 12:49
  • 448 Baxış
Qəzzada oksigen çatışmazlığı kritik həddə -  Vəziyyət çətinləşir - FOTO
Qəzzada oksigen çatışmazlığı ciddi həddə çatıb.

Medicina.az xəbər verir ki, İsrail həyata keçirdiyi hücumlarla yanaşı, yardımın xəstəxanaya çatmasına da mane olur.

Yardımların qarşısı kəsilərək xəstəxanada oksigen çənlərinə bağlı körpələrin həyatı təhlükəyə atılır.

Qeyd edək ki, Qəzzada 160 səhiyyə müəssisəsini hədəf alınıb. Hücumlar nəticəsində 55 sağlamlıq mərkəzi və 33 xəstəxana yararsız hala düşüb.

İsrail ordusunun yeni hədəfi Qəzzanın şimalındakı Beyt Lahya şəhərindəki Kemal Advan xəstəxanası olub.



Aygün
Medicina.az