Azərbaycanda həkim vəfat etdi

  • 2026.02.27 22:45
  • 295 Baxış
Azərbaycanda həkim vəfat etdi

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü, həkim-travmatoloq-ortoped Natiq Həsənov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Natiq Həsənov 2025-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkim-travmatoloq-ortoped vəzifəsində fəaliyyət göstərirdi.