Azərbaycanlı alimin elmi uğurları dünya mətbuatında - FOTO

  • 2025.11.13 10:03
  • 170 Baxış
Azərbaycanlı alimin elmi uğurları dünya mətbuatında -  FOTO

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin məzunu, Dr. Elnur Qarayev elmi uğurları ilə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən azərbaycanlı alimdir.

Medicina.az xəbər verir ki, ATU-dan başlayan elm yolu onu Fransanın Aix-Marseille Universitetinə aparıb.

Burada magistratura və doktorantura təhsilini başa vuraraq hazırda həmin universitetin Farmakoqnoziya kafedrasında müəllim və elmi tədqiqatçı kimi fəaliyyət göstərir.

40-dan çox elmi işi yüksək impakt faktorlu jurnallarda nəşr olunub, H-indeksi Web of Science üzrə 9, Scopus üzrə 7-dir.

Aygün
Medicina.az