Bakıda xəstəxananın kompüterləri oğurlandı

  • 2021.12.25 11:40
  • 1974 Baxış
Bakıda xəstəxananın  kompüterləri oğurlandı
Bakıda tibbi müəssisəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dekabrın 22-də rayon ərazisindəki tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitorun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.