Əgər banan qabığını atırsınızsa, böyük bir faydanı əldən vermiş olursunuz. Bir çox insanın gündəlik həyatda əhəmiyyət vermədiyi banan qabıqlarının əslində sağlamlıqdan tutmuş ev həyatına qədər bir çox istifadəsi var.
Medicina.az xəbər verir ki, banan qabıqlarının həm sağlamlıq, həm də gündəlik həyat üçün təəccüblü faydaları var.
Dəriyə qulluq və məişət təmizliyindən tutmuş bitki əsaslı qidalanma və dişlərin ağardılmasına qədər geniş məqsədlər üçün istifadə edilir.
Mütəxəssislər, banan qabıqlarının tərkibindəki vitaminlər, minerallar və antioksidanlar sayəsində həm fiziki sağlamlığa, həm də praktik istifadəyə töhfə verdiyini bildirirlər.
Dəri sağlamlığı üçün faydalıdır:
Tərkibindəki antioksidanlar və vitaminlər sayəsində banan qabıqları sızanaqları və dəri ləkələrini azaltmağa kömək edir.
Təbii diş ağardıcı:
Mütəmadi olaraq dişlərə tətbiq olunarsa, ləkələri azaltmağa kömək edər.
Bitkilər üçün təbii gübrə:
Torpaqla qarışdırılan banan qabıqları bitkilərin daha sağlam böyüməsini təmin edir.
Ayaqqabı və mebeli parıldadır:
Banan qabığının içini dəri ayaqqabıları və mebelləri parıldatmaq üçün istifadə etmək olar.
Ağrı və qaşınmanı aradan qaldırır:
Ağcaqanad dişləmələrinə və ya dəri qıcıqlanmalarına banan qabıqlarını çəkmək qaşınmanı aradan qaldıra bilər.
Saçlara parlaqlıq verir:
Qabıqdan hazırlanan təbii qarışımlar saçların daha sağlam görünməsinə kömək edə bilər.
Aygün
Medicina.az