Gündəlik həyatımızda qəlyanaltı olaraq tez-tez yediyimiz banan, kalium və liflə zəngindir. Qara bibər isə demək olar ki, hər yeməyə qatılan və maddələr mübadiləsini sürətləndirən kəskin dadlı ədviyyatdır.
Ancaq son zamanlar bu iki qidanı birlikdə yemək sosial mediada gündəm olub.
Medicina.az xəbər verir ki, TikTok-dan Instagram Reels-ə qədər bir çox istifadəçi “bir dilim banan üzərinə qara bibər səpin və təsirini görün!” çağırışı ilə videolar paylaşmağa başlayıb. Bu qeyri-adi üsul ilk baxışda o qədər də uyğun görünməsə də, yaratdığı effektlərlə diqqət çəkib.
Kalium baxımından çox zəngin olan bananları səhərlər acqarına bir az qara bibərlə birlikdə yemək həzm sağlamlığınızı dəstəkləmək baxımından xüsusilə təsirlidir.
Həzmi sürətləndirən qara bibərlə birləşən banan maddələr mübadiləsini stimullaşdırır, eyni zamanda bədəninizdə qida maddələrinin udulmasını artırır.
Həmçinin piperin adlı aktiv tərkib hissəsi ilə antioksidantların aktivləşdirilməsində böyük rol oynayır.
Ancaq mədə problemi olanlar diqqətli olmalıdır.
Bu qarışımın tibbi müalicə deyil, yalnız dəstəkləyici təbii üsul olduğunu xatırlamaqda fayda var.
Aygün
Medicina.az