Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədən losyonları orqanizmin müdafiəsini məhv edir

  • 2025.06.07 12:17
  • 99 Baxış
Bədən losyonları orqanizmin müdafiəsini    məhv edir


Alimlər ətir və losyonların bədənin təbii müdafiəsini məhv etdiyini aşkar ediblər.


“Medicina” xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri qorxulu kəşf ediblər: tanış şəxsi gigiyena məhsulları insanın təbii müdafiə mexanizmini pozur.

Məlum olub ki, ətir və losyonlar bədənimizi əhatə edən havanın kimyəvi tərkibini dəyişdirərək, zərərli ozona qarşı təbii maneəni zəiflədir.


Komanda müəyyən etdi ki, hər bir insan gözəgörünməz “oksidləşmə sahəsi” ilə əhatə olunub. Bu təbii qalxan təhlükəli ozonu tənəffüs etməzdən əvvəl neytrallaşdıran hidroksil radikalları istehsal edir.

Müntəzəm losyon tətbiq etdikdən sonra bir insanın ətrafında qoruyucu radikalların konsentrasiyası 140% azalıb və onların reaktivliyi 170% artdı.

Ətir daha güclü, lakin qısa müddətli effekt verdi.

"Biz şam kimiyik istiliyimiz bədən ətrafında unikal kimyəvi mühit yaradır. Lakin kosmetika bu incə tarazlığı pozur" - tədqiqatın həmmüəllifi Donghyun Rim deyib.

Xüsusilə qorxulu olan odur ki, insanlar vaxtlarının 90%-ni qapalı məkanlarda keçirirlər, ozon xaricdən daxil olduqda orada toplanır.

Təbii mühafizəni pozmaq potensial olaraq sağlamlıq risklərini artırır, baxmayaraq ki, dəqiq nəticələr və səbəblər hələ öyrənilməmişdir.

Aygün Musayeva