Bəhram Bağırzadə Cabir barədə– 1 aydır ki, yoxsan..

  • 2025.10.29 16:35
  • 193 Baxış
Bəhram Bağırzadə Cabir barədə – 1 aydır ki, yoxsan..

Düz bir aydır ki, sən yoxsan. Boşluq və daimi ağrıyla dolu bir ay oldu... Nə ilə məşğul olsam da — çəkilişlərlə, rəssamlarla görüşlərlə, kitablar üzərində işləməklə, səfərlərlə — sənin yanımda olmanı hər an hiss edirəm. Gün iki hissəyə bölünür: ya sənin sonsuz yumorunu xatırlayanda üzümə gələn işıqlı təbəssümlə, ya da bu itkini dərk edəndə yaranan dözülməz ağrıyla. Səni hər hüceyrəmlə hiss edirəm: sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var. Sən azsaylı adamlardan idin ki, başqaları susanda daima cavab verirdin.


“Medicina” xəbər verir ki, əməkdar artist Bəhram Bağırzadə Cabir İmanovla bağlı hisslərini bölüşüb.

“Uşaq kitabları nəşr etməyə başlayanda başqaları tərəddüd edirdi, amma sən birinci mənə inanmışdın. Buna görə də yeni kitablarımın üz qabıqlarını ilk sənə göndərirdim, bilirdim ki, növbəti uğuruma ürəkdən sevinəcəyini görəcəyəm.

Səhər saat yeddidə zəng edib mənasız zarafat edə bilərdin, bilə-bilə ki, heç vaxt inciməyəcəyəm və biz sadəcə ürəkdən güləcəyik.

Sənin yoxluğunu çox hiss edirəm… Çox… Və bu hiss həyatımın acı, amma ayrılmaz bir hissəsinə çevrilib. Bununla yaşamağa məcburam… Amma, Cabir, bilirəm – sən bunların hamısını eşidirsən. Sən məni həmişə başa düşmüsən, indi də anlayırsan… Allah rəhmət eləsin…”.


Medicina.az