Bərdədə koronavirusa yoluxmuş həkim iş yerində Yaxalandı

  • 2021.04.20 16:33
  • 955 Baxış
Bərdədə koronavirusa yoluxmuş  həkim iş yerində    Yaxalandı

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.

Medicina.az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Köbər kənd sakini, Bərdə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərən Hafiz Əliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq, müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

H.Əliyev xəstəxanadakı xidməti iş otağında müəyyən edilərək fəaliyyəti dayadırılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.