Beyin ölümü baş verən şəxs 4 xəstəyə ümid oldu

  • 2026.07.30 17:29
  • 103 Baxış
Beyin ölümü baş verən şəxs 4 xəstəyə ümid oldu

Türkiyənin Giresun vilayətində müalicə aldığı xəstəxanada beyin ölümü baş verən 45 yaşlı şəxsin orqanları transplantasiya gözləyən 4 xəstəyə ümid olub.

Medicina.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həkimlərin müdaxilələrinə baxmayaraq, pasiyentin beyin ölümü qeydə alınıb. Daha sonra Orqan Nəqli Koordinatorluğu tərəfindən ailə ilə aparılan görüşlər nəticəsində orqan bağışına razılıq əldə edilib.

Həyata keçirilən əməliyyatdan sonra mərhumun ürəyi, qaraciyəri və hər iki böyrəyi Türkiyə Səhiyyə Nazirliyinin Milli Orqan və Toxuma Nəqli Koordinasiya Sistemi vasitəsilə İstanbul, Ərzurum və Samsunda transplantasiya gözləyən xəstələrə göndərilib.

Xanım,
Medcina.az