Beyini kimyaterapiya zamanı qoruyan ucuz ədviyyat

  • 2026.02.25 15:10
  • 101 Baxış
Beyini kimyaterapiya zamanı qoruyan    ucuz ədviyyat


Alimlər aşkar ediblər ki, adi ədviyyat kimyaterapiya zamanı beyni qoruya bilər.


Rozmarin ekstraktı kimyaterapiya alan xəstələrdə baş verən yaddaş və diqqət pozğunluqlarını aradan qaldıra bilər.

Medicina.az xəbər verir ki, bu, Ain Shams Universitetinin (Misir) tədqiqatçılarının gəldiyi nəticədir.


Alimlər təcrübələrində klinik praktikada geniş istifadə olunan və nevroloji yan təsirləri ilə tanınan xərçəng əleyhinə dərman olan oksaliplatin istifadə edərək siçovullarda koqnitiv pozğunluq yaradıblar. Daha sonra heyvanlara ozmarin ekstraktı verilib.

Məlum oldu ki, rozmarin öyrənmə və yaddaşdan məsul olan beyin bölgəsi olan hipokampusa dəyən ziyanı azaltdı. Ekstrakt həmçinin davranış, yaddaş və konsentrasiya pozğunluqlarını da azaltdı.

Biokimyəvi analiz göstərdi ki, rozmarin sinir toxumasında antioksidan müdafiəni bərpa etdi, iltihabı azaltdı və neyron ölümü ilə əlaqəli molekulyar yolların aktivləşməsini basdırdı.


Tədqiqatçılar həmçinin qeyd etdilər ki, rozmarin oksaliplatinin özünün şiş əleyhinə effektivliyini azaltmayıb, bu da onun potensial klinik tətbiqi üçün xüsusilə vacibdir.

Müəlliflər vurğulayır ki, bu rozmarinin kimyaterapiya zamanı onun neyroprotektiv potensialını açıq şəkildə nümayiş etdirən ilk tədqiqatlardan biridir. Məlumatlar yalnız heyvanlardan götürülsə də, xərçəng müalicəsinin nevroloji yan təsirlərini azalda bilən köməkçi terapiyalar üçün əsas kimi qida bitkilərinin potensialına işarə edir.


Aygün Musayeva