Ukraynada uzun müddətdir davam edən bir ənənə indi dünyada yenidən populyarlaşıb.
Medicina.az xəbər verir ki, evlərdə, xüsusən də qış aylarında qapalı məkanlar, ventilyasiyanın olmaması səbəbindən qoxuların və kifin yığılmasına səbəb olur.
Ukraynalılar bu problemi yatırmaqdansa, aradan qaldırmağa üstünlük verirlər. Yalnız bir neçə yuyulmuş və qurudulmuş şabalıd şkaf rəfinə, dolaba və ayaqqabı şkafına qoyulur.
Şabalıd nəmi özünə çəkir, paltarların təbii qoxusunu qoruyur və güvələrə qarşı təbii qoruma təmin edir.
Nəzərə alınmalı vacib məqamlardan biri düzgün şabalıd növünü seçməkdir. Yemək bişirməkdə istifadə olunan şirin şabalıd əvəzinə, parlaq qabığı və acı dadı olan şabalıdları seçin. Toplanan şabalıdlar şkaflara qoymazdan əvvəl yuyulmalı və yaxşıca qurudulmalıdır. Daha güclü təsir üçün onları hər 2-3 aydan bir dəyişdirmək tövsiyə olunur.
Aygün
Medicina.az