Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir sosisdə 11 xəstəlik riski var

  • 2025.08.05 09:26
  • 190 Baxış
Bir sosisdə 11 xəstəlik riski var


Gündə bir sosis yedikdə bir çox xəstəliklər, həmçinin bağırsaq xərçəngi yarana bilir.


“Medicina” xəbər verir ki, kardioloq Mariya Çaykovskaya gündə kolbasa-sosis yeyənlərə xəbərdar edib.


“ Gündə cəmi bir kolbasa və ya sosis yeyirsinizsə, eyni anda 11 xəstəliyin inkişaf riski artır. Bunlaryoğun bağırsaq və ağciyər xərçəngi, hipertoniya, damar iltihabı, ateroskleroz, ürəyin işemik xəstəliyi, demans, şəkərli diabet, piylənmə, böyrək xəstəlikləri və nevroloji xəstəliklərdir”.

Həkimin sözlərinə görə, kolbasaların tərkibində cəmi 15-20 faiz ət var, qalanı isə sakatat, soya və müxtəlif kimyəvi maddələrdir. Eyni şey ən çox bişmiş kolbasalara aiddir.

Kolbasa əvəzinə toyuq və ya sadəcə ət seçin.

Aygün Musayeva