Boru açıcı maddə bomba kimi partladı - 6 yaralı

  • 2026.08.10 22:23
  • 295 Baxış
Boru açıcı maddə bomba kimi partladı -  6 yaralı

Türkiyədə Şanlıurfada, şəbəkə supermarketində əlüz yuyanın su xəttini açmaq üçün istifadə edilən kimyəvi maddə bomba kimi partlayıb. Partlayış nəticəsində altı nəfər yaralanıb.

Medicina.az xəbər verir ki, hadisə Haliliye rayonunun Əhməd Yəsəvi məhəlləsində baş verib.

Şəbəkə supermarketinin meneceri tıxanmış əlüz yuyanı açmaq üçün santexnik çağırıb. Üç santexnik gəlib mətbəx lavabosuna kimyəvi təmizləyici töküb.

Maye üzərinə isti su töküldükdə bomba kimi partlayıb və altı nəfər yaralanıb: üç santexnik və üç supermarket işçisi.

Bədənlərinin müxtəlif yerlərində yanıq xəsarətləri alan altı nəfər tibbi qruplar hadisə yerinə çatdıqdan sonra təcili yardımla şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Polis və AFAD (Fəlakət və Təcili Yardım İdarəsi) qrupları hadisə yerində araşdırma başladıb.


Aygün
Medicina.az