Böyrək xəstələri bu sıyığı yesin - Nefroloq

  • 2022.10.31 16:45
  • 2718 Baxış
Böyrək xəstələri bu sıyığı yesin   - Nefroloq
Balqabağın spesifik dadı var və hamının sevdiyi tərəvəzlərdən deyil. Ancaq buna baxmayaraq balqabağın həm tumları, həm özü, həm qabığı böyrəklər üçün faydalıdır. Böyrəklərə təsir göstərərək iltihablanmanı aradan qaldırır, daşların əmələ gəlməsinin qarşısını alır. Balqabaq yüngül sidikqovucu təsirə malik olduğu üçün orqanizmdən artıq mayenin ifrazına səbəb olur və şişkinlikləri aradan qaldırır.

"Medicina" xəbər verir ki, nefroloq Barat Yusubov daş əmələ gəlməsinə qarşı bu sıyığın faydasıbı danışıb.


Həkimin sözlərinə görə, balqabaq daşları əmələ gətirən duzları orqanizmdən xaric edir. Tərkibində böyük miqdarda olan karotin böyrək xəstəliklərinə qarşı profilaktik rol oynayır.

Adətən çiy balqabağın dadı bir çoxunun xoşuna gəlmir. Amma tərəvəzin faydaları bişiriləndən sonra da itirilmir. Məsələn, kəskin pielonefrit, böyrək çatışmazlığı olan xəstələr balqabaq sıyığını istifadə edə bilər.

Aygün Musayeva