Cəfəri təkcə yeməklərə dad qatan göyərti deyil, həm də həzm sistemini dəstəkləyən və yüngül ödemi azaltmağa kömək edən təbii vasitə hesab olunur.
Medicina.az xəbər verir ki, bu barədə “The Independent” nəşri ekspertlərin fikirlərinə istinadən yazıb.
Mütəxəssislərin sözlərinə görə, cəfərinin tərkibində həzmi yaxşılaşdıran və bağırsaqlarda toplanan qazların xaric olmasına kömək edən maddələr var. Bu səbəbdən yeməkdən sonra yaranan qarın köpü və narahatlıq hissi bəzi insanlarda azala bilər.
Bundan əlavə, cəfəri yüngül sidikqovucu təsir göstərərək orqanizmdə artıq su və natriumun xaric olunmasına kömək edir. Bu isə duzlu qidaların qəbulundan sonra yaranan yüngül ödem hissini azalda bilər.
Xanım,
Medicina.az