Bu klinikanın 824 min manatdan çox vergi borcu var

  • 2026.02.25 10:27
  • 113 Baxış
Bu klinikanın  824 min manatdan çox vergi borcu var

"Regional Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, “Regional Hospital”ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktoru Qorçuyev Pərviz Dosməmməd oğludur.