Meyvələrin saxlanması zamanı edilən sadə bir səhv onların daha tez çürüməsinə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, alma və banan digər meyvələrlə eyni səbətdə saxlanıldıqda ifraz etdikləri etilen qazı yetişmə prosesini sürətləndirir.
Nəticədə portağal, üzüm və digər meyvələr daha tez yumşalır, dadını itirir və xarab olur.
Bildirilir ki, meyvələrin daha uzun müddət təzə qalması üçün alma və bananı digər meyvələrdən ayrı saxlamaq məsləhətdir.
Xanım,
Medicina.az