ABŞ-də xüsusilə uşaqlar arasında geniş istifadə edilən "Little Remedies" markasının öskürək siropları sağlamlıq üçün ciddi risk olduğu səbəbilə təcili olaraq geri çağırılır.
Medicina.az xəbər verir k7, istehsalçı Medtech Products Inc., rəsmi açıqlamada bəzi məhsullarında "Bacillus cereus" adlı təhlükəli bakteriyanın aşkar edildiyini açıqlayıb.
Səlahiyyətlilərə görə, tox mədəyə qəbul edildikdən sonra 1-6 saat ərzində ürəkbulanma, qusma və mədə krampları kimi şikayətlərlə qarşılaşa bilərlər.
Şirkət bu məhsula sahib olan istehlakçılara dərmandan istifadəni dərhal dayandırmaq və hər hansı sağlamlıq problemi ilə qarşılaşdıqda həkimə müraciət etmək barədə xəbərdarlıq edir.
Geri çağırışa daxil olan siropları alan istehlakçılara pulunun geri qaytarılacağı da açıqlanıb.
Aygün
Medicina.az