Ayaqqabının içinə dəfnə yarpağı qoymaq pis qoxunu azaltmağa və təravət yaratmağa kömək edə bilər.
Medicina.az xəbər verir ki, dəfnə yarpağının tərkibindəki təbii yağlar bəzi bakteriyaların inkişafını zəiflədə bilər.
Lakin bu üsul ayaq tərləməsini dayandırmır və göbələk xəstəliklərini müalicə etmir.
Mütəxəssislər bildirirlər ki, dəfnə yarpağı sadəcə qoxunu azaltmaq üçün köməkçi vasitədir. Ayaq sağlamlığı üçün əsas olan isə düzgün gigiyena və ayaqqabının havalandırılmasıdır.
Xanım,
Medicina.az