Bud və qasıq nahiyəsində yaranan ağrılar hər zaman artrozdan xəbər vermir.
Medicina.az xəbər verir ki, bəzi sümük xəstəlikləri artroza bənzər simptomlar yaradır və ilkin mərhələdə rentgen müayinəsində görünməyə bilər.
ABŞ-nin Yale Universitetinin alimlərinin araşdırmasına görə, bud oynağında ağrıya səbəb olan və artrozla qarışdırıla bilən üç əsas xəstəlik var. Bunlara bud sümüyü başının osteonekrozu, bud sümüyü boynunun stress sınığı və subxondral çatışmazlıq sınığı daxildir.
Bu xəstəliklər zamanı xəstələr adətən qasıqda və budda dərin ağrı hiss edir. Ağrı xüsusilə yeriyərkən, fiziki fəaliyyət zamanı və uzun müddət ayaqüstə qalanda artır.
Həkimlər bildirirlər ki, bu problemlər vaxtında aşkarlanmasa, oynaqda ciddi zədələnmələr yarana və hətta bud protezinə ehtiyac yarana bilər.
Xanım,
Medicina.az