Bəzi hallarda aclıq qeyri-adi hala gəlir, insan 1 saat əvvəl yemək yesə də, sonra güclü yemək istəyi hiss edə bilər və ya aclığı heç vaxt keçmir.
“Medicina” xəbər verir ki, qidalanma üzrə mütəxəssis Lia Qavaşeli mdavamlı aclığın müəyyən təhlükəli xəstəliklərin əlaməti kimi qəbul edilməsindən danışıb.
Qavşeli iştahanı pozan və uyğunsuz aclığa səbəb olan patologiyaları sadalayıb.
Diabet
Qastrit
Mədə xorası
Hormonal disbalans
"Daimi aclığın səbəblərindən biri toxluq mərkəzinə təsir edən leptin hormonu ilə bağlı problem ola bilər".
Bundan əlavə, doymaz iştaha insulin müqaviməti səbəb ola bilər.
Alimlər insanlara yalnız ac olanda yemək yeməyi məsləhət görürlər.
Mütəxəssis əlavə etdi ki, daimi aclığa səbəb olan xəstəliklərin arxasında psixoloji amillər çox vaxt dayanır. Bu problem tibb mütəxəssisi tərəfindən həll edilməlidir.
Həddindən artıq yeməyin qarşısını almaq üçün idman daha yaxşıdır.
Aygün Musayeva