Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bütün rayonlarda tibbi yardımla bağlı problemlər var - Komitə sədri

  • 2024.10.18 15:26
  • 885 Baxış
Bütün rayonlarda tibbi yardımla bağlı problemlər var - Komitə sədri
"Bölgələrdə ilkin tibbi yardımla bağlı ciddi problemlər var".

Medicina.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu məsələ ən çox səslənən problemlərdən biridir:

"Demək olar ki, bütün rayonlarda bu problemlər var: birincisi tibb məntəqələrinin maddi-texniki bazasının yox dərəcəsində olması, ikincisi isə kadr çatışmazlığı. Bu baxımdan, Səhiyyə komitəsi olaraq qərara almışıq ki, dekabr ayında Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə birgə Milli Məclisdə dinləmə keçirək".