Yay aylarında içkilərdə istifadə olunan buz düzgün şəraitdə hazırlanmadıqda ciddi qida zəhərlənməsinə səbəb ola bilər.
Medicina.az xəəbər verir ki, bu barədə “Sözcü gazetesi” məlumat yayıb.
Qeyd olunub ki, qida mühəndisi Uğur Toprak "soyuqda bakteriya çoxalmır" fikrinin yanlış olduğunu bildirib:
“Buzla təmas zamanı əllə deyil, xüsusi alətlərlə işlənməli, yerə düşən buz isə yenidən istifadə edilmədən məhv edilməlidir. Buz maşınları da mütəmadi təmizlənərək dezinfeksiya olunmalıdır.
Uyğun olmayan şəraitdə hazırlanan buzlarda E. coli, Salmonella və Listeria kimi təhlükəli bakteriyalar ola bilər. Bu isə ishal, qusma, ürəkbulanma və yüksək hərarətlə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər”.
Toprak istehlakçılara yalnız etibarlı və təsdiqlənmiş istehsalçılardan alınan buz məhsullarına üstünlük verməyi tövsiyə edib.
Xanım,
Medicina.az