Cəmi 1 dəqiqə çəkir: "Abur-cubur" istəyini yatırmağın ən maraqlı yolu

  • 2026.06.30 22:42
  • 233 Baxış
Cəmi 1 dəqiqə çəkir:  "Abur-cubur" istəyini yatırmağın ən maraqlı yolu

Pəhriz saxlayarkən ən böyük kabusumuz olan bu qarşısıalınmaz şirin və ya qızartma istəkləri üçün təəccüblü bir üsul kəşf edilib. Mütəxəssislər deyirlər ki, sadəcə həmin qidaları yemək əvəzinə onların foto və ya videolarına baxmaq beynimizi doyura bilər.

Medicina.az xəbər verir ki, əksəriyyətimiz pəhrizə başlayanda ən sevdiyimiz qidaları həyatımızdan tamamilə çıxarmağa çalışırıq.

Lakin, özümüzə nə qədər çox "şokolad yeməyəcəyəm" desək, şokolad zehnimizdə bir o qədər böyüyür və ona bir o qədər çox can atırıq.



"Computers in Human Behavior" jurnalında dərc olunan son araşdırmalara görə, yağlı və ya şəkərli qidaların videolarına baxmaq onları yemək istəyimizi azalda bilər. Mütəxəssislər bunu "çapraz duyğu toxluğu" adlandırırlar.

Beləliklə, gözlərimiz həmin qidanı görməklə doyduqda, beynimiz bir növ "Mən artıq onu yemişəm" hissini yaşayır və əsl qidaya olan güclü ehtiyac azalır.

Tədqiqatçılar pəhriz saxlayarkən özünüzə daim "Mən onu yeməməliyəm" deməyin əslində əks təsir göstərdiyini və sizi həmin qidaya daha çox bağlı etdiyini bildirirlər.

Lakin, həmin qidanın videosuna və ya fotosuna baxmaq gözümüzü qane edir.

Testlərdə müşahidə olunub ki, bu məzmunu izləyən insanlar yemək istəyini azaldır və əsl şokolad batonunu gördükdə özlərini daha tox hiss edirlər.



Bu üsul pəhrizi əvəz edən möcüzəvi bir həll yolu deyil. Onun təsiri adətən qısamüddətlidir və hər kəs üçün eyni nəticəni verməyə bilər.

Beləliklə, qarşınızdakı böyük bir qutu şokoladı sadəcə şəklinə baxmaqla tamamilə unutmaq bir az çətin ola bilər.

Buna baxmayaraq, həqiqətən çarəsiz olduğunuz zaman bir qida videosuna baxmaq bəs edər.


Aygün
Medicina.az