Saxta və savadsızları demirəm, amma həqiqi, doğru-dürüst, gecə-gündüz oxuyub, öyrənib, peşəsini sevən, fədəkar həkimlərə söz demək, Qənirə Ataşın başı üçün deyil.
“Medicina” xəbər verir ki, bu sözləri tanınmış radioloq Aydın Əliyev bildirib.
O, Amerikada yaşayan jurnalist Qənirə Ataşı həddini aşmaqda ittiham edib.
“ Həqiqi həkimlərin ayağının bildiyini sənin basın bilməz. Sadəcə, onlar sənə baş qoşmurlar. Get öz səviyyənə uyğun işlərlə məşğul ol. Necə ki, özün kimi saxta plastik estetik həkimcikləri ifşa etmək…Bu sənə yaraşır. Amma ciddi həkimlərə çamur atma, sənlik deyil”.
Qeyd edək ki, Qənirə Ataş bu dəfə RDM-də beyin cərrahı Pərviz Mirzəliyevin 32 saatlıq əməliyyatını şübhə altına alaraq, bu əməliyyatın əsaslandırılmasını istəmiş və RDM-ə sorğu göndərmişdi.
“Cəmiyyətə detallı, addım –addım izah edin ki, 32 saatda hansı proseslər olub, həkim orda nə işlə məşğul olub, bu proses hansı tibbi göstərici və meyarlara əsaslanıb?”.
Aygün Musayeva
medicina.az
Bu qızı yerində otuzduran olacaq? Özünü nə ilə reklam etməyi, gündəmdə qalmağı bilmir nə yolla etsin. Xarici ölkənin yalını Azərbaycan çörəyindən artıq bilən birinin fikrini kimsə saymasın. Getsin bildiyi şou adamlarının təbliği ilə məşğul olsun. Tibbi savadı olmayan, ağır əməliyyatların necə aparılmasından bixəbər birinin bu mövzuda mühakiməsi gülüncdür.
“Həqiqi həkimlərin ayağının bildiyini sənin basın bilməz"... Həkim sən necə təyin elədin ki, lap elə həqiqi həkim olsun, onun ayağı, Qənirə xanımın başından daha savadlıdır... Qənirə xanım vətəndaşlıq mövqeyindən çıxış edərək, bir çox saxta, əldəqayırma həkimlərin ifşa edilməsində əməyi olmuşdur...Burada da onun hərəkətində nə böyük qəbahət olmuşdur, lap deyək ki, bu qədər ifşalardan sonra səhvə yol vermişdir...