Çoxlu idman edən qadında limfoma aşkarlandı

  • 2026.02.20 17:06
  • 208 Baxış
Çoxlu idman edən qadında limfoma aşkarlandı

İrkutsk sakini olan qa idman etdikdən sonra limfoma diaqnozu qoyulub.
O, idman zalına müntəzəm getməyə və pəhriz saxlamağa başladıqdan sonra xərçəng xəstəliyinə tutulduğunu bildirir.


Medicina.az xəbər verir ki, bir ay idman etdikdən sonra sol ağciyərində maye yığılması aşkar edilib və KT müayinəsini tövsiyə olunub.


Əlavə müayinələrdən sonra həkimlər biopsiya apardılar və xəstəyə limfa düyünlərindəki dəyişikliklərlə əlaqəli bədxassəli xəstəlik olan klassik Hodgkin limfoması diaqnozu qoydular.

Tibb mütəxəssislərinin fikrincə, Hodgkin limfoması limfa düyünlərində atipik hüceyrələrin göründüyü bir qrup qan şişidir. Bu xəstəlik diaqnoz və müalicəyə kompleks yanaşma tələb edir.

Kimyaterapiya zamanı qadın bədən ağrıları, qaşınma, zəiflik və ürəkbulanma kimi simptomlar barədə məlumat verdi.

Həkimlər hər hansı qeyri-adi simptomlar yarandıqda dərhal tibbi yardım almağın vacibliyini vurğulayır.

Aygün Musayeva