"D vitamininin əskikliyi kimi, artığı da ziyandır".
Medicina.az xəbər verir ki, bunu kardioloq terapevt Aynur Məmmədiva bildirib.
Həkimin sözlərinə görə, D vitamini nəzarətsiz olaraq, çoxlu qəbul edilərsə, ilk növbədə böyrəklər zədələnəcək:
"Böyrəyə baxdığımız zaman görərik ki, daş yoxdur, amma sanki kirəcləşib. Bu zaman təzyiq yüksələ, damarlar sərtləşə bilər. Həkimlər D vitamini təyin edərkən əsasən günlük dozalarda təyin edirlər. Burada xəstənin çəkisi də önəmlidir. D vitamini axşam saatlarında qəbul edilərsə yuxu pozuntusu ola bilər. Ona görə də düzgün dozanı və vaxtı həkimlə məsləhətləşmək lazımdır".
Aygün
Medicina.az